PSJ-nin futbolçusu Vitinya "Real"a və ya Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyinə dair məlumatlara münasibət bildirib.
QOL.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu məlumatları təkzib edib və Paris təmsilçisində xoşbəxt olduğunu deyib:
"PSJ-dən ayrılmaq ağılsızlıq olar. PSJ-də çox xoşbəxtəm. Həqiqətən qiymətləndirildiyimi hiss edirəm. Ailəm və mən Parisi çox sevirik. Bizim fantastik komandamız və inanılmaz məşqçimiz var.
Səudiyyə Ərəbistanı iddialarına gəldikdə isə sadəlövh olmayaq. Mənim üçün sabit karyera daha vacibdir. Avropada, böyük bir klubda onsuz da kifayət qədər yaxşı qazanıram. Maaşımı ikiqat və ya üçqat artırmaq məni daha xoşbəxt etməyəcək".
Qeyd edək ki, Vitinya bu mövsüm PSJ-də 37 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə verib.


