Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Hit.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə "Şamaxı" "İmişli"ni qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Günün digər oyununda isə "Araz-Naxçıvan" "Qarabağ"la üz-üz gəlib. Ağdam təmsilçisi rəqib qapısından 6 cavabsız qol keçirərək meydandan qalib ayrılıb.
8 mart
Misli Premyer Liqası
23-cü tur
19:15. "Qarabağ" – "Araz-Naxçıvan" - 6:0
Qol: Joni Montiel, 15-pen.; Leandro Andrade, 33, 36, Kamilo Duran, 64-pen.; Musa Qurbanlı, 83, Kamilo Duran, 89
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu
15:00. "Şamaxı" – "İmişli" - 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Şamaxı şəhər stadionu


