Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Hit.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə "Zirə" Kəpəz"i qəbul edəcək. Oyun saat 18:30-da start götürəcək. "Zirə" ilk dövrəda "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.
Günün son matçında isə "Neftçi" öz meydanında "Turan Tovuz"la üz-üzə gələcək. Azarkeşlərin də maraqla gözlədiyi görüş saat 20:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.
9 mart
Misli Premyer Liqası 23-cü tur
18:30.“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
20:30.“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”


