Musa Qurbanlıdan legioner həyatı ilə bağlı açıqlama

İDMAN
14:11 / 09.03.2026
44

"Maraqlı və bolqollu qarşılaşma oldu. Belə oyunlara ehtiyacımız var idi ki, bir-birimizi daha yaxşı hiss edək. Əsas olan qələbə idi".

HİT.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

“Performansım hələ ki, məni tam qane etmir. Üzərimdə işləməli çox məqam var. Amma nə qədər çox oynasam və komandaya fayda versəm, bu, məni bir o qədər sevindirər. Hələ ki, çalışıram öz işimi görüm, üzərimdə işləyim və komandaya daha çox fayda verim. Xarici klublara gedişimlə bağlı hələ ki, heç bir danışıq və ya konkret fikir olmayıb. Gələcəkdə nə olacağını zaman göstərəcək.

Əlbəttə ki, məqsədim “Qarabağ”ın əsas heyət üzvlərindən biri olmaqdır. Hər bir futbolçunun məqsədi ilk “11-lik”də meydana çıxmaqdır. Mənim də futbolçu kimi məqsəd və prinsiplərim budur ki, yaxşı formaya düşüm, komandaya daha çox fayda verim və əsas oyunçulardan biri olum. Düşünürəm ki, daha çox əziyyət çəkərək məqsədimə doğru irəliləyə bilərəm”, deyə Musa Qurbanlı əlavə edib.

Qeyd edək ki, Musa Qurbanlı 2023-2024-cü illərdə İsveçin "Yurqorden" klubunda çıxış edib.

0