"Qarabağ"ın yeni transfer hədəfi bəlli oldu - FOTO

İDMAN
17:30 / 09.03.2026
55

"Qarabağ"ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Hit.az Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın "Levski" klubunda çıxış edən Mustafa Sanqare ilə maraqlanır.

"Köhlən atlar" 27 yaşlı hücumçunu ilk növbədə yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Malidən olan forvardın Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bu səbəbdən də Ağdam klubu futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Sanqare cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mali millisinin üzvü Azərbaycan azarkeşlərinə də müəyyən qədər tanışdır. O, ötən ilin avqustunda UEFA Konfrans Liqasında "Sabah"a qarşı keçirilən oyunda meydanda olub.

Qeyd edək ki, Mustafa Sanqarenin ötən ilin sonunda yenilənən bazar dəyəri 1.5 milyon avro təşkil edir.

0