Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Hit.az xəbər verir ki, bu günə daha 2 matçın keçirilməsi nəzərdə tutulub.
Günün ilk qarşılaşmasında "Zirə" Kəpəz"i qəbul edib. Qarşılaşmanın son dəqiqələrinə qədər qonaqlar hesabda öndə olsa da, "Zirə" son dəqiqə qolu ilə hesabı bərabərləşdirib. Beləliklə, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə" ilk dövrədə "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.
9 mart
Misli Premyer Liqası
23-cü tur
18:30.“Zirə” – “Kəpəz” - 2:2
Qollar: Eren Aydın, 5 (1:0), Rauf Hüseynli, 32 (1:1), Dioqo Verdaska, 51 (1:2), Ruan Renatov, 90+7 (2:2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu


