"Turan Tovuz" üçün xüsusi qələbə

İDMAN
11:05 / 10.03.2026
46

“Turan Tovuz” Premyer Liqada 50-ci qələbəsini qazanıb.

Hit.az PFL-in saytına istinadən xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının 23-cü turuna təsadüf edib. Tovuz klubu səfərdə “Neftçi”yə qalib gəlib – 1:0.

50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

Qeyd edək ki, 2022/23 mövsümündən Premyer Liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.

0