Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulub.
Hit.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Hazırda paytaxt klubu 56 xalla lider, bölgə təmsilçisi isə 16 xalla 11-cidir. Cari mövsümdə tərəflər arasında keçirilən hər iki matçda “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edib.
“Sabah” - “Qəbələ” - 7:1
Qol: Coy Lens Mikels, 11 (1:0), Aleksey İsayev, 24 (2:0), Coy Lens Mikels, 32 (3:0), Kahim Parris, 40 (4:0), Aron Maluda, 53 (5:0), Cesse Sekidika, 63 (6:0), Rəhman Daşdəmirov, 77 (7:0), Adriel Ba Loua, 87 (7:1)


