"Qarabağ"ın yeni transfer hədəfi bəlli olub.
Teleqraf "DigiSport" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kiprin "Omoniya" (Aradippu) klubunda çıxış edən Jali Muaddibi heyətinə qatmaq niyyətindədir.
Mənbənin məlumatına görə, Azərbaycan çempionu 25 yaşlı vingerin keçidini həll etməyə çox yaxındır. Artıq tərəflər arasında 3+1 illik müqavilə şərtlərinin razılaşdırıldığı bildirilir.
Fransa və Mərakeş vətəndaşlığına malik olan cinah oyunçusu mövsümün sonunda azad agent statusu alacaq.
Qeyd edək ki, Jali Muaddib karyerası ərzində Fransanın "Lill" (B), "Anje" (B), həmçinin Rumıniyanın "Botoşani" klublarında çıxış edib. O, cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

