Misli Premyer Liqasında 24-cü tur davam edir.
Hit.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq yekunlaşıb.
“İmişli” Qubada “Sabah”ı qəbul edib. Matç paytaxt təmsilçisinin 5-0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu 59 xalla liderdir, bölgə təmsilçisi isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu komandaların ilk iki dövrədəki oyunlarında tərəflər hərəyə 1 qələbə qazanıblar. “İmişli” bir, “Sabah” isə üç cavabsız qolla sevinib.
14 mart (şənbə)
15:00. “İmişli” - “Sabah” - 0:5
Qollar: Stiv Solvet, 11 (0:1), Coy Lens Mikels, 15-pen. (0:2), 35 (0:3), Kahim Parris, 49 (0:4), Aleksey İsayev, 71-pen. (0:5)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Quba OİK stadionu


