Mahir Emreli qol vurdu, "Kayzerslautern" qələbə qazandı

İDMAN
19:00 / 15.03.2026
54

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern" XXVI turda qələbə qazanıb.

Hit.az xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.

Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.

Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddincidir.

0