"Neftçi"dən qələbə, "Turan"dan heç-heçə

İDMAN
19:56 / 15.03.2026
102

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Hit.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Əvvəlcə "Kəpəz" əzəli rəqiblərindən olan "Turan Tovuz"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarında "Turan Tovuz" qalib gəlib - 3:0, 2:0.

Turun və günün son matçında "Qəbələ" öz meydanında "Neftçi"ni qəbul edib. Qarşılaşma"ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi" ilk dövrədə 2:0, 2-ci dövrədə isə 1:0 hesabı ilə "Qəbələ"yə qalib gəlib.

 

15 mart (bazar) Misli Premyer Liqası, 24-cü tur

 

18:00. “Qəbələ” – “Neftçi” - 1:3

 

Qol: Seydina Keyta, 19-pen. (1:0), Bassala Sambu, 22 (1:1), Emin Mahmudov, 69-pen. (1:2), Murad Məmmədov, 77 (1:3)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

VAR: Kamal Umudlu

AVAR: Teymur Teymurov

Qəbələ şəhər stadionu

 

15:00.“Kəpəz” – “Turan Tovuz” - 1:1

 

Qollar: Rəhman Hacıyev, 55 (1:0), Joarlem Santos, 61 (1:1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Rahil Ramazanov

Yevlax şəhər stadionu

0