Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

İDMAN
09:30 / 17.03.2026
98

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürəcək.

Hit.az xəbər verir ki, 1-ci gündə 4 matç keçiriləcək. Nəticədə 1/4 finalın ilk 4 iştirakçısı müəyyənləşəcək.

"Mançester Siti" 1 həftə əvvəl 0:3 hesabı ilə uduzduğu "Real"ı qəbul edəcək. 

"Çelsi" ötən həftə əvvəl məğlub olduğu PSJ ilə qarşılaşacaq. "Arsenal" ilk matçda bərabərə qaldığı "Bayer"lə evdə üz-üzə gələcək.

Cari mövsüm turnirdə sensasiyalar yaradan "Budo-Qlimt" isə "Sportinq"lə bu dəfə Portuqaliyada oynayacaq (ilk görüş - 3:0).

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

17 mart

21:45. "Sportinq" (Portuqaliya) - "Budo-Qlimt" (Norveç)

İlk oyun - 0:3

00:00. "Arsenal" (İngiltərə) - "Bayer" (Almaniya)

İlk oyun - 1:1

00:00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 2:5

00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)

İlk oyun - 0:3
 

0