FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
HİT.az xəbər verir ki, Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.


