Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb.
Hit.az xəbər verir ki, martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına "Turan Tovuz"un qapıçısı Oleq Baklov da dəvət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin “A” qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də keçiriləcək.


