"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.
Hit.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Mərkəz müdafiəçisi milli komandanın Cənubi Afrika Respublikasında keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iştirak edəcək.
Qeyd edək ki, Panama millisi 27 və 31 mart tarixlərində Cənubi Afrika Respublikası milli komandası ilə 2 yoxlama görüşü keçirəcək.


