Bu gün Azərbaycanın ən qocaman futbol klubu "Neftçi" PFK-nın yarandığı gündür.
Hit.az xəbər verir ki, Bakı klubunun 89 yaşı tamam olur.
"Ağ-qaralar" 1937-ci il martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıblar. 1966-cı ildə SSRİ çempionatlarında ən yaxşı nəticəsinə imza atan komanda bürünc medallara sahib çıxıb. İki il sonra öz milli adına qovuşan paytaxt təmsilçisi "Neftçi" adlanmağa başlayıb.
Müstəqillik illərində "Neftçi" doqquz dəfə Azərbaycan çempionu olub. Altı dəfə ölkə kubokunun, iki dəfə Superkubokun qalibi olub.
"Neftçi" avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixi nəticənin də müəllifidir. "Ağ-qaralar" 2012/13 mövsümündə Avropa Liqasının əsas mərhələsinə adlamağı bacarıblar.


