AFFA-nın milliləşdirmək istədiyi futbolçu bu yığmanı seçdi

İDMAN
18:48 / 20.03.2026
49

Bir müddətdir ki, adı Azərbaycan milli ilə adı hallanan "Sanderlend"in müdafiəçisi Dennis Çirkin yığma səviyyəsində seçim edib.

23 yaşlı futbolçu Latviya milli komandasında oynamaq qərarına gəlib. 

Latviya Futbol Federasiyası artıq Çirkinin komandanın qarşıdan gələn təlim-məşq toplanışına dəvət olunan oyunçular siyahısına daxil edildiyini açıqlayıb.

“Tottenhem”in akademiyasının yetirməsi olan müdafiəçi vaxtilə İngiltərənin aşağı yaş qruplarından ibarət yığmasında çıxış edib.//Bizim.Media 

0