"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Alessio Kurçi mükafatlandırılıb.
Hit.az xəbər verir ki, Peşəkar Futbol Liqası məlumat yayıb.
“Neftçi" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının 25-xi turunun "Neftçi" – "İmişli" görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.


