Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı paylaşım edib.
HİT.az xəbər verir ki, o sosial şəbəkədə həyat yoldaşının vəfatının 3-cü ildönümü olduğunu qeyd edib.
"Bu gün sənsiz keçən 3-cü ildir. Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır. Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi. Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan. Xatirələrdə, dualarımda həmişə yanımdasan. Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan. Ruhun şad olsun. Mən sənin üçün hər gün daha çox darıxıram" - deyə aktrisa təsirli paylaşım edib.
Məlumat üçün bildirək ki, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 2023-cü ilin bu günü avtomobil qəzasında dünyasını dəyişib.


