Premyer Liqanın ən məhsuldar oyunları: 4-ü "Qarabağ"ın iştirakı ilə reallaşıb

İDMAN
22:44 / 22.03.2026
45

Misli Premyer Liqasının 25-ci turunda "Neftçi" doğma meydanda "İmişli"ni 6 cavabsız qolla məğlub etdi. 

HİT.az Fanat.az-a istinadən xəbər verir ki, bu mövsüm çempionatda daha öncə 6 oyunda qapılara 6 top vurulub. 

Belə ki, 10-cu turda məhz "Neftçi"nin "Kəpəz"lə ev oyununda bu qədər qol qeydə alınıb. "Ağ-qaralar" rəqibini 5:1 hesabı ilə məğlub edib. 

Digər 4 matç "Qarabağ"ın iştirakı ilə reallaşan qarşılaşmalardı. "Köhlən atlar" 12-ci turda "Sumqayıt"ı 4:2, 15-ci turda isə "Araz-Naxçıvan"ı 5:1 hesabı ilə üstələyib. Hər iki komandanın 3 qol vurduğu "Qarabağ" – "Sabah" görüşü 22-ci tura təsadüf edib. Bir tur sonra iki oyunda 6 və daha artıq qol qeydə alınıb. "Sabah" evdə "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edibsə, "Qarabağ" "Araz-Naxçıvan"a 6 cavabsız qolla qalib gəlib. 

Onu da qeyd edək ki, "Neftçi" sonuncu dəfə bu mövsüm Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində MOİK-in qapısından 6 top keçirmişdi.

0