Nigeriyanın “Komfort Edge” klubunun futbolçusu Onyema Çukvumaobim Azərbaycana gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb.
“Qarabağ” akademiyasının baş koordinatoru Aftandil Hacıyevin “Obasa Cup” turnirində kəşf etdiyi sol cinah oyunçusu bir müddət Ağdam klubunda baxışdan keçiriləcək.
Çukvumaobim özünü doğrultsa, onunla müqavilə imzalanacaq.


