Misli Premyer Liqasının (MPL) lideri "Sabah"ı tərk etməyə yaxın olan daha iki futbolçunun kimliyi bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar sağ cinah müdafiəçisi Amin Seydiyev və yarımmüdafiəçi Tellur Mütəllimovdur.
Baş məşqçi Valdas Dambrauskasın nadir hallarda şans verdiyi yerli futbolçular komandadakı durumlarından narazıdırlar. Onların hər ikisi Azərbaycan millisinə dəvət ala bilmək üçün müntəzəm oynayacaqları klublara keçməli olduqlarının fərqindədirlər. "Bayquşlar"ın rəhbərliyi də mövcud vəziyyət fonunda doğru qərar verməyin vacibliyini anlayır.
Hazırda 62 xalı olan "Sabah" 2-ci pillədəki "Qarabağ"ı 10 xal qabaqlayır. Ağdam təmsilçisinin ehtiyatda 1 oyunu da var.


