Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi

İDMAN
21:50 / 27.03.2026
41

Azərbaycan millisi "FIFA Series 2026" beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirib.

 

HİT.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gəlib.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 19:00-da start verilib.

 

Görüş yığmamızın üstünlüyü ilə keçib. 6 qol vuran komandamız 1 top buraxıb.

 

Bu, Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub.

 

"FIFA Series – 2026”

19:00. Azərbaycan – Sent Lüsiya 6:1

Qol: E. Mahmudov, 2-p, R. Sadıxov, 21, M. Qurbanlı, 36, T. Bayramov, 64 - D. Filip, 52-p.

Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

0