Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

İDMAN
09:41 / 29.03.2026
50

Azərbaycanın UFC-dəki nümayəndəsi Tofiq Musayev növbəti döyüşünə çıxıb.

Hit.az-ın məlumatına görə, 36 yaşlı döyüşçü ABŞ-ın Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə üz-üzə gəlib.

Gərgin üç raunddan sonra qalib müəyyənləşməsə də, hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsini elan ediblər — 29:28, 29:27, 30:27.

Bu Musayevin UFC-də ilk qələbəsi olub.

0