Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

İDMAN
14:56 / 29.03.2026
46

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Hit.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.

A qrupu çərçivəsində oynanılacaq qarşılaşma Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.

0