Bizon Azərbaycan Kuboku çərçivəsində "Qarabağ" “Sabah” ilə keçiriləcək qarşılaşmada bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq edəcək.
Hit.az bildirir ki, qadın azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq. Eyni zamanda, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda biletsiz (ödənişsiz) daxil ola biləcəklər.
Klubdan bildirilib ki:
15 yaşınadək uşaqlar stadiona tək gəldikləri halda giriş ödənişli olacaq
Uşaqları ilə gələn valideynlər isə özləri üçün bilet əldə etməlidirlər
Yalnız uşaqlar üçün giriş ödənişsizdir (valideyn müşayiəti ilə).
"Qarabağ" azarkeşlərini bu fürsətdən yararlanaraq komandaya tribunadan dəstək olmağa dəvət edir!


