"Barselona" Fliklə yeni müqavilə imzaladı

İDMAN
13:35 / 31.03.2026
43

"Barselona" baş məşqçi Hans-Diter Flikin müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şkira yayıb.

Bildirilib ki, tərəflər artıq razılıq əldə ediblər. Almaniyalı mütəxəssislə yeni müqavilənin 2028-ci ilin yayına qədər olduğu qeyd edilib. Yaxında klubun bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.

Flikin son müqaviləsi gələn ilin iyun ayına qədər idi. O, 2024-cü ilin yayında Kataloniya klubuna rəhbərlik edir. "Barselona" 29 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 73 xalla liderdir.

0