Türkiyə Dünya Çempionatında!

İDMAN
00:43 / 01.04.2026
74

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.

Hit.az xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşib.

Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.

 

31 mart DÇ-2026, pley-off mərhələsinin final oyunları

22:45. Kosovo – Türkiyə - 0:1

Qol: Aktürkoğlu, 53

0