Bu gün Misli Premyer Liqasında 26-cı tura start verilib.
Hit.az xəbər verir ki, günün ikinci görüşündə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edib.
Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu turnir cədvəlində 40 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla yeddinci yeri tutur.
Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.
5 aprel (bazar)
18:00. “Sumqayıt” - “Neftçi” - 1:3
Qol: Freddi Varqas, 36-pen (0:1); Nikola Ninkoviç, 53 (1:1), İfeanyi Metyu, 65 (1:2), Vensan Abubakar, 89 (1:3)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


