Ötən gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Hit.az xəbər verir ki, 2-ci oyun günündə daha iki qarşılaşma keçirilib.
Görüşlərin hər biri azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Belə ki, PSJ evdə "Liverpul"u qəbul edib. Görüş Paris klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə "Barselona" evdə "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşmada qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları 14 və 15 apreldə keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
8 aprel
23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə) - 2:0
Qollar: D.Due, 11. Kvaratsxeliya, 65.
23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) - 0:2
Qollar: X.Alvares, 45. Şörlot, 70.
Qırmızı vərəqə: Pau Kubarsi, 44 ("Barselona")

