Ötən gecə Çempionlar Liqasında ¼ final mərhələsinin oyunları keçirildi.
Turun ən diqqətçəkən maçtlarından biri “Barselona” və “Atletiko Madrid” arasında oynanıldı. Bir çoxları Kataloniya klubunu favorit hesab etsə də, gözləntilər özünü doğrultmadı.
Madrid təmsilçisi rəqibini 2-0 hesabı ilə məğlub etdi. Əslində, matçın qırılma nöqtəsi 44-cü dəqiqəyə təsadüf edir. Kubarsinin qırmızı vərəqə almasından sonra “Barsa” 10 nəfər qaldı və həmən ardından qapısında qol gördü. Ondan sonrakı həmlələr isə yetərli olmadı.
İndi isə matçın statistikalarına keçək. “Barselona” azlıqda qalsa da 58 faiz topla oynayan tərəf oldu. Hətta onlar bir çox statistikada üstün tərəf idilər. Belə ki, “Barselona”nın 18 zərbəsinə, “Atletiko” 5 zərbə ilə qarşılıq verdi. “Barsa” qapıçısı Qarsiya 1, qarşı tərəfdən Musso isə 7 qurtarış etdi. Ev sahibləri 2, qonaqlar isə 1 dəfə böyük şansı qaçırdılar. Pas nisbətində də meydan sahibləri öndə idi: 596-427. Matçın adamı isə ilk qolun müəllifi Xulian Alvarez oldu.
Elmir Mustafa


