Misli Premyer Liqasında 27-ci tur davam edir.
Hit.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 3 görüşdən biri artıq başa çatıb
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Matç qolsuz bərabərliklə yekunlaşıb. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb - 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 0:0.


