"Neftçi' qələbəni əldən verdi

İDMAN
21:33 / 17.04.2026
42

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.

Hit.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Oyun Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.

Günün digər matçında isə "Neftçi" "Zirə"nin qonağı olub. "Zirə" 4-cü, "Neftçi" isə 5-ci pillədə qərarlaşdığı üçün görüş turun mərkəzi oyunlarından sayılırdı. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə bitib. Beləliklə, komandalar öz mövqelərində qalıblar. 

Bu komandaların ilk iki dövrədəki qarşılaşmalarında qalib müəyyənləşməyib - 2:2, 0:0.

 

17 aprel (cümə)

19:30. “Zirə” – “Neftçi” - 1:1

Qollar: İmad Faraj, 63 (0:1), Brahim Konate, 90+4 (1:1)

Zirə İdman Kompleksinin stadionu

0