Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz"la oyunda zədələnən Musa Qurbanlının durumuna aydınlıq gəlib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hücumçu dizindən zədə alıb:
"2-3 həftə dizindən müalicə alacaq. Ondan sonra məşqlərə başlaya biləcək".
Xatırladaq ki, "Qarabağ" sözügedən matçda rəqibini 2:1 hesabı ilə üstələyib. Misli Premyer Liqasında mövsümə mayın 24-də yekun vurulacaq.


