"Neftçi" 3 qolla qalib gəldi

İDMAN
17:56 / 05.05.2026
36

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.

Hit.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib. Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olub. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında ilk dövrədə baş tutan oyunda hesab açılmayıb. İkinci görüşdə isə “Neftçi” qələbə qazanıb - 2:1.

 

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” - “Neftçi” - 0:3

Qollar: İmad Faraj, 31, Emin Mahmudov, 49-pen; Fredi Varqas, 57

Baş Hakim: Rauf Cabbarov

Yevlax şəhər stadionu

0