FIFA rus qapıçının Norveç yığmasında oynamasına qadağa qoydu

İDMAN
15:00 / 08.05.2026
44

FİFA rusiyalı qapıçı Nikita Haykinin Norveç milli komandasına qoşulmaq üçün etdiyi müraciəti rədd edib. 

HİT.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Məlumata görə, Haykin FİFA nizamnaməsində nəzərdə tutulan ölkədə yaşama müddəti tələblərinə cavab vermir. Futbolçu 2019-cu ildən Budedə yaşayır, lakin 2023-cü ilin yanvar-mart aylarında İngiltərənin “Bristol Siti” klubunda çıxış etdiyi üçün bu müddətdə fasilə yaranıb.

Qaydalarına əsasən, 18 yaşdan yuxarı futbolçuların milli komandanı dəyişməsi üçün yeni ölkədə fasiləsiz ən azı 5 il yaşaması və hər 12 aylıq dövrdə ən azı 183 gün həmin ölkədə olması tələb olunur. Başqa assosiasiyanın klubuna keçid bu müddəti sıfırlayır.

10 aprel tarixində Haykinin Norveç pasportu aldığı barədə məlumat yayılmışdı. Lakin 2025-ci ilin oktyabrında o, FİFA sistemində Böyük Britaniya vətəndaşı kimi göstərilirdi. Futbolçu daha əvvəl Norveç yığmasında oynamaq istədiyini və bu addımın ailə səbəbləri ilə bağlı olduğunu bildirmişdi — onun nişanlısı Norveç vətəndaşıdır.

2021-ci ildə Haykin ilk dəfə Rusiya millisinin geniş heyətinə dəvət almış, lakin əsas yığmada heç vaxt rəsmi oyun keçirməmişdi. Hazırda o, 2019-cu ildən Norveçin “Budo-Qlimt” klubunda çıxış edir və bu komanda ilə Çempionlar Liqasında bir mövsüm üzrə seyvlərin sayına görə rekord da qırıb. Daha əvvəl Haykinin “Zenit” klubuna keçiddən imtina etdiyi də bildirilmişdi.

Samir

0