Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

İDMAN
09:59 / 10.05.2026
48

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubundan ayrılmağa yaxındır.

Hit.az-ın məlumatına gröə, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

İddiaya görə, baş məşqçi Torten Liberknext ilə münasibətləri daha da pisləşən hücumçu artıq 2-ci Bundesliqa klubunda qalmaq istəmir. Onun bu yaxınlarda sosial şəbəkə hesabında etdiyi paylaşım tərəflər arasında gərginliyi bir az da artırıb. Belə ki, Emreli ötən tur “Arminiya” ilə matçdan (2:0) sonra instaqramda paylaşım edərək, “Həqiqət hər zaman üzə çıxır. Davam et” sözlərini yazıb. Futbolçunun bu addımı birmənalı qarşılanmayıb. Bu səbəbdən forvardın mövsümün sonunda komandanı tərk etmək ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.

Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Keyzerslautern”lə 3 illik müqavilə imzalayıb.

0