Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.
Hit.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Əvvəlcə "Zirə" "Sumqayıt"ı qəbul edib. Matç Rəşad Sadıqovun komandasının 2:1 hesabı ilə qalib gəlib.
Daha bir vacib matça çıxan "Neftçi" isə artıq çempionluğunu rəsmiləşdirən "Sabah"ın qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu nəticədən sonra "Neftçi" Azərbaycanı 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək 4-cü komanda olub. Yuri Vernidubun komandası mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.


