"Şəfa"dan növbəti transfer

İDMAN
12:12 / 12.06.2026
37

“Şəfa” yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Hit.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb. Anlaşmanın müddəti 1 illikdir.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini “Qəbələ”də keçirib. O, eyni zamanda “Zirə”, “Şüvəlan” və “Səbail”in heyətində də çıxış edib.

0