“Sabah” bu gün ilk yoxlama oyununa çıxacaq

İDMAN
12:44 / 24.06.2026
46

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.

Hit.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniya təmsilçisi “Universitatya” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də “Ferentsvaroş” (Macarıstan), iyulun 2-də isə “Polissya” (Ukrayna) komandaları ilə qarşılaşacaq.

0