"Neftçi" 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
HİT.az xəbər verir ki, Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Zəngin karyeraya malik olan Qravilyon 2016-cı ildə Milan "İnter"inə transfer olunub. Lakin bu komandada uğurlu kareyra qura bilməyib və 2017-ci ildə 4 milyon avro qarşılığında İtaliyanın "Benevento" klubuna keçib. Bir il sonra "Peskara" onu 3,5 miyon avroya transfer edib. 2019-cu ildə "İnter" 6,1 milyon avro ödəyərək yenidən onu heyətinə qatıb. 3 il ərzində Milan klubu Qravilyonu İtaliyanın "Peskara", "Sassuolo", "Askoli", "Torino", Fransanın "Loryan" və "Reyms" klublarına icarəyə verib. 2022-ci ildə "Reyms" 3 milyon avroya onu transfer edib və bir il sonra 2,5 milyon avroya Türkiyənin "Adana Dəmirspor" klubuna satıb. Onun son klubu "Peskara" olub.
Qravilyon Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb və 2 qol vurub.


