"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqladı

İDMAN
12:16 / 10.07.2026
112

"Qarabağ" futbolçu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

HİT.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

"Qarabağ" keçidin maliyyə tərəflərini açıqlamayıb. Lakin bundan əvvəl "Şotlandiyanın The Herald" nəşri yazıb ki, "Seltik" kolumbiyalı futbolçunun keçidi üçün "Qarabağ"a 5,5 milyon funt-sterlinq (6,4 milyon avro - 12,5 milyon manat) ödəyəcək.
 

0