"Qarabağ" "Vestri" ilə səfər matçına neçə itki ilə çıxacaq?

İDMAN
18:00 / 13.07.2026
38

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın cavab qarşılaşmasına neçə itki ilə çıxacağı məlum olub.

HİT.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hücumçu Musa Qurbanlı zədəlidirsə, mərkəz müdafiəçisi Bəhlul Mustafazadə də hələ kollektiv məşqlərə qatılmır.

"Ağ-göylər"in sıralarında cəzalı duruma düşən oyunçu yoxdur.

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. Azərbaycan təmsilçisi sabah 16:00-da çarter reysi ilə İslandiyaya yollanacaq.


 

0