Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının cavab görüşünə çıxır.
Hit.az xəbər verir ki, Masazır təmsilçisi İngiltərədə “Park Hall Stadium”da TNS-lə (Uels) qarşılaşacaq.
Görüş Bakı vaxtilə 21:30-da başlayacaq.
Bu iki komanda arasında Bakıda keçirilən ilk görüşdə “Sabah” 2:0 hesablı inamlı qələbə qazanmışdı.
“Sabah” - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
21:00. TNS (Uels) – “Sabah” (Azərbaycan)
“Park Hall Stadium”


