Dünya Kubokunun finalının STATİSTİKALARI

İDMAN
10:51 / 20.07.2026
283

Dünya Çempionatı başa çatdı.

Hit.az xəbər verir ki, finalda Argentinanı 1-0 hesabı ilə məğlub edən İspaniya dünya çempionu oldu.

İspaniyadan ikinci çempionluq
İspaniya 2-ci dəfə dünya kubokunu qazandı. Onlar, 2010-cu ildə ilk dəfə mundialın qalibi oldular. Argentinanın isə 3 dünya çempionluğu var.

Argentina çox zəif idi
İspaniya oyunun əvvəlindən sonuna qədər rəqibini bütün statistikalarda üstələdi. Argentina isə gözlənilməz dərəcədə çox zəif təsir bağışladı. O qədər zəif idilər ki, 90 dəqiqə ərzində rəqib qapısına hər hansı zərbə endirilmədi, hətta hücum qurulmadı. Bununla da Argentina dünya çempionatları tarixində finalda əsas vaxtda qapıya zərbə endirə bilməyən ilk komanda oldu.

Son çempion kimi çıxdığı finalda qapıya zərbə endirə bilməmək isə olduqca qəribə göstərici kimi tarixə düşdü. Bəlkə də buna görə Argentinanın baş məşqçisi Lionel Skaloni dekabrda vəzifəsini tərk edəcəyini açıqladı.

Matçın statistikaları
İspaniya 65-35 faiz nisbəti ilə topla oynamada çox üstün oldu. Qapıya zərbələrdə də dəhşətli üstünlük var idi: 20-2. İspanlar 4 dəfə böyük şans qaçırsa da, argentinalılarda bu say 0-da qaldı. Argentina qapıçısı toplam 11 qurtarış etsə də, İspaniya qapısına gedən dəqiq zərbə olmadı. Dəqiq pas ötürmələrində də ispanlar böyük fərqlə öndə idi: 853-464. Olduqca sərt keçən matçda avropalılar 21, cənubi amerikalılar isə 25 dəfə qayda pozdu. Argentinaya 6 sarı, 1 qırmızı vərəqə göstərildi. İspanlarda isə bu rəqəm 0-dır.

Ən yaxşı futbolçular
Oyunun ən yaxşısı 106-cı dəqiqədə qələbə qolunu vuran Ferran Torres seçildi. Ən yaxşı qapıçısı isə İspaniyanın qolkiperi Unai Simondur. O, 8 matçda cəmi 1 qol buraxdı. 

Rodri mundialın ən yaxşı futbolçusu, Mbappe isə bombardir oldu. Fransız hücumçu bu çempionatı 10 qol, 4 məhsuldar ötürmə ilə tamamladı. Üstəlik, Mbappe iki fərqli mundialda bombardir olan ilk oyunçu oldu. O, 2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatında da 10 qol vurub.

Lamin Yamal isə yeniyetmə yaşında həm Avropa Çempionatı, həm də Dünya Çempionatının finalında meydana çıxan ilk futbolçu olaraq tarixə düşüb. Leo Messi də 39 yaş 25 günlüklə mundial tarixinin finalında oynayan ən yaşlı futbolçu olub. O, bu çempionatı 8 qol, 4 assistlə başa vurub.

Elmir Mustafa

0