"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
HİT.az-ın məlumatına görə, "ağ-qaralar" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını məğlub etsə, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Zirə"nin də III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Qartallar" II raundda Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdırsa, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan təmsilçisi ÇSKA-ya uduzsa, bu turnirdə "Dinamo" (Kiyev, Ukrayna) - PAOK cütünün məğlubu ilə görüşəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.


