UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) qarşılaşmasının vaxtı müəyyənləşib.
Hit.az bu haqda "Orhus"un (Aahus) saytına istinadən xəbər verir. Matç avqustun 5-i, Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Bu komandaların cavab oyunu isə avqustun 11-də Bakıda keçiriləcək.


