"Neftçi" də mübarizəni dayandırdı

İDMAN
22:56 / 30.07.2026
147

Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Hit.az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşıb. Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdığından mərhələni Minsk təmsilçisi adlayıb. "Neftçi" isə mübarizəni dayandırıb.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

"Dinamo" (Minsk, Belarus) - "Neftçi" (Azərbaycan) - 0:1 

Qol: Breno Almeyda, 12

0