"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

İDMAN
00:50 / 31.07.2026
156

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb.

Hit.az-ın məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər.

Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə də qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) meydan sahibləri avroliqanın III təsnifat mərhələsinə yüksəliblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə mübarizəni Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

0